"Mazda" 21 minə yaxın avtomobili geri çağırır


Digərləri 23 Okt 2018 12:40:00 278 0

"Mazda" 21 minə yaxın avtomobili geri çağırır

"Mazda Motor" şirkəti Rusiyada 21 minə yaxın avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin dekabrınadək Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.