Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar


Digərləri 23 Okt 2018 12:34:00 237 0

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində “KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə geyim əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rizvan Quliyev və T.Mustafazadə saxlanılıblar. Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyən edilib.