Fəxri xiyabanda Müslüm Maqomayevin xatirəsi yad olunacaq


Digərləri 23 Okt 2018 12:22:00 364 0

Fəxri xiyabanda Müslüm Maqomayevin xatirəsi yad olunacaq

Oktyabrın 25-də görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının 10-cu ili tamam olur.

Bakı. Oktyabrın 25-də görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının 10-cu ili tamam olur. Bu münasibətlə I Fəxri xiyabanda, sənətkarın məzarı önündə anım mərasimi keçiriləcək. Trend-in məlumatına görə, mərasimdə mədəniyyət və incəsənət xadimləri, dahi musiqiçinin yaxınları və dostları iştirak edəcəklər. Müslüm Maqomayev zəngin yaradıcılığı ilə mədəniyyət salnaməmizdə məxsusi yer tutur. Böyük musiqiçi ecazkar səsi, geniş vokal imkanları və yüksək səhnə mədəniyyəti ilə adını Azərbaycan ifaçılıq sənətinin korifeyləri sırasına yazdırıb. Müslüm Maqomayev 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan müğənni C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ilə populyarlıq qazanıb.