Bal yarmarkası başa çatır - 120 ton balın böyük hissəsi satılıb


Digərləri 23 Okt 2018 12:27:00 281 0

Bal yarmarkası başa çatır - 120 ton balın böyük hissəsi satılıb

Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb.

Bakı. Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, yarmarkaya ümumilikdə 120 ton bal çıxarılıb və bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib: “Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik. Anbardakı bal arıçıların sifarişi əsasında onlara verilir. Yarmarkanın ilk günündə satış üçün anbardan arıçılara 30 ton bal verilmişdi, indi isə bu rəqəm 107 tona çatıb. Aradakı fərqi və gündəlik satış həcmini nəzərə alsaq, iki həftə ərzində sərgi-satış yarmarkasında 70 tona yaxın balın satıldığını söyləyə bilərik. Təbii ki, bu rəqəmlər nisbidir və dəqiq satış həcmi yarmarkanın yekununda məlum olacaq”. Vüqar Hüseynov bildirib ki, vətəndaşlar arasında yarmarkaya maraq böyükdür və bu satışın həcminə müsbət təsir göstərir.