Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?


Digərləri 23 Okt 2018 12:12:00 255 0

Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?

Bank ödənişləri və köçürmələrində rahatlığı təmin edən plastik kartlar bəzən vətəndaşlarda əlavə problemə yol açır. Misal üçün kartını itirdikdə və ya oğurlandıqda onun hesabından vəsaitlər mənimsənilir.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Kartı itən şəxs ilk növbədə müştərisi olduğu banka məlumat verməlidir ki, onun hesabı dondurulusun. Bundan sonra isə digər prosedur qaydalarını etməlidir.

Anar İsmayılzadə - İT mütəxəssis: "Kartı "aplikeşın" və ya online bankomat sistemindən deaktiv edə bilmirsə, o zaman digər kartı varsa "cash" xidməti ilə bütün qalıq pullarını digər karta köçürə bilər".

Bu kimi halların qarşısını almaq üçün ən optimal variantlardan biri də 3d mühafizədir. Bu tətbiq vasitəsi ilə nağdsız ödənişlərinizi sms sorğu və təsdiq vasitəsi ilə edə bilərsiz. Yəni sizin kartınız itsə belə, ondan kimsə istifadə edə bilməyəcək.

Anar İsmayılzadə - İT mütəxəssis: "Bank işçiləri müştərilərə təhlükəsizliyi daha ətraflı öyrətməlidir".


Xəbərə aid fotolar