Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutuldu (FOTO)


Digərləri 23 Okt 2018 12:14:00 210 0

Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutuldu (FOTO)

Bakıda bağlardan birindən 350 kq-dan artıq narkotik tərkibli kənaf bitkisi aşkar edilib

Bakı. Bakıda bağlardan birindən 350 kq-dan artıq narkotik tərkibli kənaf bitkisi aşkar edilib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb. Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə təhvil veriliblər. Davam etdirilən tədbirlərlə narkotikin əldə olunduğu mənbə də qısa zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə adları çəkilən şəxslərin dördü də saxlanılıb.