Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri ilə birgə sabiq polis əməkdaşı da ittiham olunur


Digərləri 23 Okt 2018 12:04:00 244 0

Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri ilə birgə sabiq polis əməkdaşı da ittiham olunur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasına gəlməyən A.Əliyevin anket məlumatları dəqiqləşdirilib. O, sabiq polis əməkdaşı olduğunu bildirib.

Daha sonra qeyd edilib ki, A.Əliyevanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. Məhkəmə onun həbs müddətini artırılması barədə qərar çıxarıb.

Təqsirləndirilən şəxsin vəkili cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.