Energetiklər günü qeyd edilib


Digərləri 23 Okt 2018 12:07:00 245 0

Energetiklər günü qeyd edilib

“Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin strukturuna daxil olan müəssisə və təşkilatların kollektivi 20 oktyabr “Energetiklər Günü” münasibəti ilə birgə aksiyalar həyata keçiriblər.

Bakı. “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin strukturuna daxil olan müəssisə və təşkilatların kollektivi 20 oktyabr “Energetiklər Günü” münasibəti ilə birgə aksiyalar həyata keçiriblər. Trend-in məlumatına görə, əvvəlcə hər iki Səhmdar Cəmiyyətin əməkdaşları Energetika Nazirliyinin və nümayəndələri ilə birgə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə çiçəklər düzüblər. Sonra energetiklər Şəhidlər Xiyabanına gəliblər. Burada Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramlarını bildirərək, “Əbədi məşəl”in önünə əklil qoyublar.