PAŞA Bank 10-cu BAFT Global Council Forumunda iştirak edib


Digərləri 23 Okt 2018 11:35:19 211 0

PAŞA Bank 10-cu BAFT Global Council Forumunda iştirak edib

Avstraliyanın Sidney şəhərində keçirilən 40-cı SIBOS 2018 konfransı çərçivəsində ənənəvi olaraq təşkil olunan 10-cu BAFT Global Council Forumu baş tutub.

Bakı. Avstraliyanın Sidney şəhərində keçirilən 40-cı SIBOS 2018 konfransı çərçivəsində ənənəvi olaraq təşkil olunan 10-cu BAFT Global Council Forumu baş tutub. Dünyanın maliyyə sahəsində aparıcı forumlarından hesab olunan bu tədbir qlobal vəkillik vasitəsi ilə bazar təcrübəsinin yaradılması, təsiredici qanunvericiliyin təşviqi, yeni sənaye sahələrinin inkişafına xidmət edərək, qlobal maliyyə sisteminin təhlükəsizliyinə və effektivliyinin təmin olunmasına təhsil və maarifləndirmə yolu ilə töhfə verir. PAŞA Bankı bu mötəbər forumda təmsil edən İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev geosiyasət mövzusuna həsr olunmuş hissədə təqdimatla çıxış edib. O, dünyada hal-hazırda cərəyan edən bir sıra iqtisadi və siyasi məsələlərin təhlilini apararaq, maliyyə bazarlarının vəziyyəti, eləcə də Cənubi Qafqaz regionu və Azərbaycanın geosiyası və iqtisadi əhəmiyyətindən söz açıb.