Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi


Kriminal 23 Okt 2018 10:56:00 268 0

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi

Bakı Ali Neft Məktəbinin (BANM) möhtəşəm Konqres zalında Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin 45 illiyi münasibəti ilə filmin özü nümayiş olunub.

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş bu film Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin rəhbərliyi altında çəkilib.

Son.az xəbər verir ki, Ali Məktəbdə ilk dəfə nümayiş etdirilən filmi BANM-ın tələbə və professor-müəllim heyətilə yanaşı rektor Elmar Qasımov, Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli görkəmli Azərbaycan aktyoru Rasim Balayev, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycanın Xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov və filmdə "Fatma" obrazını canlandıran Əməkdar artist Xalidə Quliyeva izləyiblər.


Xəbərə aid fotolar