MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir


Digərləri 23 Okt 2018 10:51:00 247 0

MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir

MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı bu gün Türkiyəyə gəlir.

Bakı. Rufiz Hafizoğlu - ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. C.Hespel səfəri çərçivəsində Türkiyənin rəsmi şəxsləri ilə görüşəcək.