Slovakiya millisində yeni baş məşqçi


İdman 23 Okt 2018 10:53:00 260 0

Slovakiya millisində yeni baş məşqçi

Slovakiya millisindən istefa verən Yan Kozakın boş qalmış postuna yeni baş məşqçi gətirilib.

Goal.az xəbər verir ki, Kozakı Çexiya millisinin və Bayer klubunun keçmiş yarımmüdafiəçisi Pavel Qapal əvəzləyib. Yeni baş məşqçi EURO-2020-nin təsnifat turnirinə qədər Slovakiya millisini çalışdıracaq. Komanda final mərhələsinə adlayarsa, Qapalla rəsmi müqavilə bağlanacaq. 49 yaşlı mütəxəssis əvvəllər çex və slovak klublarında işləyib. 2008-2009-cu illərdə Çexiya millisində assisent kimi çalışıb. 2015-2018-ci illərdə ölkənin gənclərdən ibarət millisinin baş məşqçisi olub. Pavel Qapalın yeni komandası Millətlər liqasının sonuncu matçında çexlərə uduzub-1:2.

Slovakiya millisi B1 qrupunda sonuncu yerdədir.