Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır (ÖZƏL)


Digərləri 23 Okt 2018 10:56:00 225 0

Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır (ÖZƏL)

Azərbaycanda son 10 ildə oktyabr ayı ərzində hazırda müşahidə edilən kimi isti oktyabr günləri qeydə alınmayıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda son 10 ilin ən isti oktyabrı müşahidə edilir. Bunu özəl olaraq Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. M.Həsənovun sözlərinə görə, hazırkı isti hava şəraiti Azərbaycanda sonuncu dəfə 2006-2007-ci illərin oktyabr ayında müşahidə edilib: "Həmin ildə də oktyabrda havanın temperaturu demək olar ki, builki həddə olub".