Sərnişin avtobusunu saxlamadığı üçün sürücünü döydü


Dünya 23 Okt 2018 10:44:00 247 0

Sərnişin avtobusunu saxlamadığı üçün sürücünü döydü

İstanbulun Başakşehir rayonunda sərnişin avtobusunun yaşlı sürücüsü, sərnişinlərdən birinin hücumuna məruz qalıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, olay anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeyd edilib.

İdda edilir ki, sürücü dayanacaqdan kənarda avtobusa minmək istəyən sərnişinin "saxla" işarəsinə əməl etmədiyi üçün döyülüb. 

65 yaşlı sürücü polisə şikayət edib. 


Xəbərə aid fotolar