Lina Vaytkyaviçene: Azərbaycan transmilli informasiya agentliyi yaratmaqla bütün regionu qabaqlayıb


Digərləri 23 Okt 2018 10:22:12 215 0

Lina Vaytkyaviçene: Azərbaycan transmilli informasiya agentliyi yaratmaqla bütün regionu qabaqlayıb

Azərbaycan transmilli informasiya agentliyi yaratmaqla bütün regionu qabaqlayıb.

Bakı. Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində ciddi keyfiyyət dəyişiklikləri baş verir. Modernləşdirmə ölkənin əsas inkişaf istiqamətləri üzrə, o cümlədən informasiya sahəsində həyata keçirilir. Trend-in məlumatına görə, bunu Day.az-a açıqlamasında TREND İnformasiya Agentliyinin baş direktorunun müavini Lina Vaytkyaviçene deyib. O qeyd edib: “TREND İnformasiya Agentliyində təxminən bir il işlədikdən sonra fəxrlə deyə bilərəm ki, mən böyük regionun informasiya bazarının beynəlxalq səviyyədə tanınmış lideri olan agentlikdə çalışıram. Son aylarda TREND regional transmilli agentlik qismində öz nüfuzunu və mövcudluğunu genişləndirir, inamla dünya informasiya sistemində mövqeyini möhkəmləndirir”. L.Vaytkyaviçene bildirib ki, TREND İnformasiya Agentliyi regionun ilk transmilli KİV-idir və bu, ölkənin uğurudur: "Biz hər gün dünyanın aparıcı KİV-lərində TREND-dən sitatlar və istinadlar görürük, regionun bir çox KİV-ləri TREND-ə çatmağa çalışır. Fikrimcə, bu, agentliyin fəaliyyətində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə əlaqədardır. Bu, təkcə xəbərlərin deyil, həm də TREND-in xüsusi informasiya monitorinqlərinin dünyanın bütün nüfuzlu internet-media bazarları üçün əlçatan olmasına imkan verib. Bunun nəticəsi olaraq TREND dünya bazarının nüfuzlu iştirakçıları üçün Cənubi Qafqaz, İran və Mərkəzi Asiyadan xəbərlərin əsas tədarükçüsünə çevrilib”.