Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir


Digərləri 23 Okt 2018 10:14:00 238 0

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

Kapital Bank 22-25 oktyabr tarixlərində Sidneydə keçirilən ənənəvi SIBOS - 2018 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Əvvəlki illərdən fərqli olaraq bu il, Kapital Bank, PASHA Bank ilə birgə eyni stenddə təmsil olunur. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən 4 əsas istiqaməti əhatə edir: süni intellekt və robotlaşdırma vasitəsilə biznes modelin yenilənməsi, maliyyə cinayətlərini həll etmək üçün yeni paradiqmalar və texnologiyalar, rəqəmsal iqtisadiyyatda genişlənən kiber təhlükəsizlik problemləri və yeni geosiyasi vəziyyətlərə uyğunlaşma. 

"Bu ilki tədbirin sessiyaları, seminarları "Rəqəmsal iqtisadiyyatın aktivləşdirilməsi" mövzusu çərçivəsində təşkil olunub. Mütəxəssislər  maliyyə sektorunda baş verən dəyişikliklər, müasir texnologiyalar, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr edirlər. Biz də Kapital Bank olaraq proqram çərçivəsində bizə ayrılan sessiyada layihələrimiz barədə dünyanın müxtəlif ölkələrindən gələn tədbir iştirakçılarına məlumat verdik. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək", - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.


Xəbərə aid fotolar