Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub (FOTO)


Digərləri 23 Okt 2018 10:13:00 207 0

Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub (FOTO)

Oktyabrın 22-də “Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub.

Bakı. Oktyabrın 22-də “Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bugünkü tədbirdə istedadlı cazmenlər Nurlan Abdullazadə, Əfqan Rəsulun triosu və Elvin Bəşirovun qrupu tamaşaçılar qarşısında çıxış ediblər. Onların ifasında populyar caz hitlərinin improvizələri və müəllif kompozisiyaları səslənib.