Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb


Digərləri 23 Okt 2018 10:17:00 270 0

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

Hazırda sistemdə 3,7 milyon nəfər qeydiyyatdadır

Bakı. 2018-ci il 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 690 120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü (3 528 466 nəfər) ilə müqayisədə 161 654 nəfər və ya 4,6 faiz çoxdur. Nazirlikdən Trend-ə verilən məlumata görə, fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.