Konsulluqda öldürülən jurnalistin qətlinin sifarişçisi


Dünya 23 Okt 2018 09:52:00 220 0

Konsulluqda öldürülən jurnalistin qətlinin sifarişçisi

Səudiyyəli köşə yazarı Camal Haşoqqinin ölüm əmrini verən şəxslə bağlı iddialar var.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə onun qətlinin sifarişçisi vəliəhd şahzadə Məhəmməd ibn Salman əl Səudun müşaviri Kahtanidir.

İddialara görə, Kathani İstanbul Baş konsulluğuna zəng edərək əvvəlcə Camal Haşoqqini təhqir edib, sonra da öldürülməsi ilə bağlı əmr verib.

Xəbərdə bildirilir ki, Səud əl-Kathani "Skype" ilə baş konsulluğa zəng edərək: "Mənə bu köpəyin kəlləsini gətirin", - deyib.

İddianı yayan "Reuters" agentliyi həmin danışığın səs yazısının Türkiyə Kəşfiyyat İdarəsində olduğunu qeyd edib.