Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb


Digərləri 23 Okt 2018 09:35:00 228 0

Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov gümüş medal qazanıb.

Bakı. Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov gümüş medal qazanıb. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci yarış günündə 57, 65, 79 və 92 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparıblar. Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Həsənov (79 kq) çətinlik çəkmədən Puerto-Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı dörddəbir finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib.