Fransa XİN: "Qondarma "DQR”i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik"


Digərləri 23 Okt 2018 09:20:00 222 0

Fransa XİN: "Qondarma "DQR”i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik"

Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma "Dağlıq QarabağRespublikası"ndakı erməni separatçıları arasında imzalanan "Dostluq xartiyası"nı qəbul etmir.

Son.az bildirir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan "Dostluq Xartiyasını"-nı qəbul etmir, - deyə XİN-dən əlavə olunub. 

Son.az