Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər


Digərləri 23 Okt 2018 08:40:00 258 0

Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər

Marsda həyat hələ də mümkündür.

Son.az "Report"a istinadən bildirir ki, alimlər belə qənaətə Qırmızı planet haqqında yeni məlumatlar aldıqdan sonra gəliblər.

Mütəxəssislər müəyyənləşdiriblər ki, Marsdakı suda çoxhüceyrəli orqanizmlərin yaşaması üçün kifayət edəcək miqdarda oksigen ola bilər. Yer Kürəsində müxtəlif canlı orqanizmlər oxşar şəraitdə duzlu və şirin göllərdə yaşamağa qadirdir. Bu, tədqiqatçılara Qırmızı planetdə də həyatın mövcud olmasını güman etməyə imkan verir.