Facebook Messengerdə yenilik var


Digərləri 23 Okt 2018 08:46:00 236 0

Facebook Messengerdə yenilik var

"Facebook" sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş  mesajları silməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Facebook Messenger"in istifadəçiləri göndərilmiş mesajları yalnız öz çatından deyil, həmçinin qəbul edənin çatından silə biləcəklər. Sözügedən funksiyanın bütün istifadəçilərə əlçatan olacağı vaxt dəqiq məlum deyil, amma bildirilib ki, bu, yaxın gələcəkdə baş verəcək. Çox güman ki, mesajı göndərilmə anından ötən müəyyən müddət ərzində silmək mümkün olacaq.   Məlumat üçün bildirək ki, belə imkan artıq başqa sosial şəbəkə və messencerlərdə, həmçinin "Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində reallaşdırılıb.