Haspel Qaşıqçının qətlinin araşdırılması üçün Türkiyəyə gedəcək


Dünya 23 Okt 2018 08:50:00 272 0

Haspel Qaşıqçının qətlinin araşdırılması üçün Türkiyəyə gedəcək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlinin araşdırılması üçün Türkiyəyə səfər edəcək.

Son.az "Report"a istinadən bildirir ki, mənbələr MKİ rəhbərinin Amerika KİV-i ilə əməkdaşlıq etmiş jurnalistin müəmmalı şəkildə həlak olmasının araşdırılmasına cəlb edilməsi haqqında bildirib.

ABŞ prezidenti Donald Tramp Qaşıqçının ölümü ilə bağlı araşdırmanın nəticələrindən razı deyil. Lakin prezident Səudiyyə Ərəbistanına qarşı sanksiyalarla bağlı təklifləri də rədd edib.