"Uilla"nın gücü 4cü dərəcəyə qədər düşüb


Dünya 23 Okt 2018 08:33:00 306 0

"Uilla"nın gücü 4cü dərəcəyə qədər düşüb

08:33

Sakit okeanda formalaşan və Meksika sahillərinə yaxınlaşan "Uilla" qasırğası 5-ci təhlükə dərəcəsindən 4-cüyə qədər düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda "Uilla" Meksikanın Xalisko ştatında 175 kilometr, Nayarit ştatından isə 215 kiloemtr aralıdadır. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə qədər çatır.

Hazırda "Uilla" qasırğası saatda 13 kilometr sürətlə şimal istiqamətində hərəkət edir.

Bildirilir ki, qasırğa bu gün axşam saatlarında Sinaloa ştatında çata bilər.


Xəbərə aid fotolar