Əfqanıstanda 1 çexiyalı hərbçi ölüb, 2si isə yaralanıb


Dünya 23 Okt 2018 08:23:00 273 0

Əfqanıstanda 1 çexiyalı hərbçi ölüb, 2si isə yaralanıb

Əfqanıstanın Herat əyalətində bir qrup silahlı Şindad aviabazasına hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, silahlıların hücumu nəticəsində 1 çexiyalı hərbçi həlak olub, 2-si isə yaralanıb.

Çexiya Baş Qərargahından bildiriblər: "1976-cı il təvəllüdlü bir hərbçi - T.P. - həlak olub və dəstək bölmələri digər 2 üzvü yaralanıb. Hərbi qulluqçulara yerində təxirəsalınmaz tibbi yardım göstərilib, bundan sonra onlar Bəhram bazasındakı hospitala təyyarə ilə aparılıblar. Yaralı hərbçilərin həyati təhlükəsi yoxdur".