Googleun süni intellekti həkimləri üstələdi


Digərləri 23 Okt 2018 08:25:00 282 0

Googleun süni intellekti həkimləri üstələdi

San-Diyeqo Hərbi Dəniz Tibbi Mərkəzinin alimləri və "Google"un mühəndisləri tərəfindən hazırlanmış süni intellekt sistemi döş xərçənginin diaqnostikasında insandan üstün olub. Slaydlarda limfa düyünləri biopsiyasını təhlil edən "Lymph Node Assistant" (LYNA) adlı süni intellekt sistemi bədxassəli şişin mövcudluğunu 99% dəqiqliklə müəyyənləşdirib, halbuki həkimlər 62% halda ən kiçik metastazları gözdən qaçırıblar.   Son.az ICTnews-a istinadən bildirir ki, "LYNA" sistemi sınaqlarda 99,3% halda süd vəzi xərçəngini düzgün müəyyənləşdirib. "Google"un bloqunda deyilir ki, kompüter təlimi alqoritmləri bütün 40 metastazı dəqiq müəyyənləşdirib.   Bununla belə sözügedən sistem mükəmməl deyil. Alimlər etiraf ediblər ki, sistem bəzən böyükölçülü hüceyrə və histositləri səhvən şiş kimi görüb, lakin slaydları həkimlərdən daha yaxşı və sürətli qiymətləndirib.