Qətlə yetirilən səudiyyəli jurnalistin həyatının son anları VİDEO


Dünya 23 Okt 2018 08:28:00 323 0

Qətlə yetirilən səudiyyəli jurnalistin həyatının son anları  VİDEO

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının həyatının son anlarının yer aldığı kadrlar yayılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Türkiyənin A Haber telekanalının efirində nümayiş olunan videoda İstanbulun ayrı-ayrı yerlərində qurulan kameralardan görüntülər çəmlənib.

Bildirilir ki, jurnalist London aviareysi ilə İstanbula sentyabrın 28-də gəlib. Həmin gün o, öz nişanlısı ilə nikah prosesini yekunlaşdırmaq üçün Fatih bələdiyyəsinə yollanıb. Qaşıqçı çatışmayan sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının baş konsulluğuna daxil olub.

Təxminən 1,5 saatdan sonra oradan çıxıb və nişanlısına deyib ki, boşanma və yeni nikaha daxil olma haqqında sənəd İstanbula növbəti səfərinədək hazır olacaq. Həmin günün axşamı jurnalist Londona yollanıb və oktyabrın 2-də yenidən İstanbula qayıdıb. Ona sənədlərin hazır olduğu bildirildikdən sonra Qaşıqçı nişanlısı ilə konsulluğa yollanıb. Saat 13.14-də o, binaya daxil olub və bir daha oradan çıxmayıb.