Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir?


Digərləri 23 Okt 2018 08:05:00 283 0

Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir?

Qünut müstəhəb namaz əməllərindən biridir. Qünut zamanı əlləri qoşalaşdırıb ovucları açmaq və sifət bərabərində qaldırmaq müstəhəbdir. Bu zaman əl barmaqları bir-birinə yapışdırılır, baş barmaqlar açılır. Bu, sanki açıq kitab vəziyyətini xatırladır. Mənasını belə izah etmək olar ki, sanki insan qünut halında öz əməl dəftərini oxuyur. Rəvayətlərə görə, qiyamət günündə hər kəsin yaxşı və pis əməlləri yazılmış dəftər ona veriləcək və insan öz əməl dəftərini oxuyub, nə işlər gördüyünü xatırlayacaq. Qünut vəziyyətində insan sanki indidən öz əməl dəftərini oxuyur. Bununla da onun məsuliyyət hissi artır və qiyamət gününün düşüncəsi ilə yaşamış olur.