Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir (ÖZƏL)


Digərləri 23 Okt 2018 07:40:57 271 0

Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir (ÖZƏL)

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir

Bakı. Rufiz Hafizoğlu - Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir. Bunu Trend-ə ğzəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib. Onun sözlərinə görə, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İğdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəz ilə də bağlı olacaq".