Pompeo Suriya Konstitusiya Komitəsini müzakirə edib


Dünya 23 Okt 2018 07:38:00 245 0

Pompeo Suriya Konstitusiya Komitəsini müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə Suriya Konstitusiya Komitəsinin formalaşdırılması məsələsində irəliləyişləri müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: "Dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə danışıb və xüsusi elçinin nail olduğu Konstitusiya Komitəsinin çağırılması məsələsində irəliləyişləri müzakirə edib".