Ürəyi xəstəliklərdən qoruyan şirniyyat


Digərləri 22 Okt 2018 23:24:00 253 0

Ürəyi xəstəliklərdən qoruyan şirniyyat

Münxen Universiteti (Almaniya) alimləri sübut edir ki, sokoladın istehlakı ürəyin sağlamlığına çox müsbət təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, şokoladın müntəzəm olaraq az miqdarda istehlakı ürək xəstəliklərinin riskini 23% (!) azaldır.

Alimlər bunu sokoladda olan flavonoidlərlə əlaqələndirirlər. Bu bioloji aktiv maddələr damarları möhkəmləndirir, onların elastikliyini artırır, arterial təzyiqi və ürək ritmini tənzimləyir.

Araşdırma zamanı 500 min insanın qidalanma haqqında məlumatları analiz olunub.