Bu yerlərdə limon sarı...


Digərləri 22 Okt 2018 23:27:00 641 0

Bu yerlərdə limon sarı...

Çay süfrəsini onsuz təsəvvür etmək mümkün deyil. Lakin, bu ətirli sitrus meyvəsi ilə çay içərkən şəkərdən istifadə etmək məsləhət görülmür.

Limon təkcə dadına görə sevilmir...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tarixi mənbələrə əsasən limonun əsl vətəni Hindistandır. Sonralar bu meyvə Hindistanın Himalay dağlarından Mesopatamiyaya, oradan da İtaliyaya aparılıb. X əsrdə ərəblər limonu Fələstində yetişdiriblər. Xaç yürüşləri zamanı limon yenidən Fələstindən Avropaya qayıdıb.

Limonu Azərbaycana lap qədim zamanlardan gətirməyə başlayıblar. Bütün sitrus meyvələri kimi, o da yalnız Lənkəran və Astara rayonlarında yetişdirilir.

Ölkəmizə sonradan gətirilsə də, limonun faydalı olduğu dərhal başa düşülüb. Möhkəm qabığı onu hər fəsildə saxlamağa imkan verir. Qabıq həm də limonun tərkibindəki vitaminlərin uzun müddət saxlanılması üçün sipər rolu oynayır.

XI əsrdə İbn Sina ürək xəstəliyinin müalicəsində limonun əvəzsiz dərman olduğunu yazırdı. O, limonu hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuş xəstələrə yeməkdə istifadə etməyi məsləhət görürdü.