Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar


Digərləri 22 Okt 2018 22:50:00 232 0

Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar

Toledo Universitetinin əməkdaşları müəyyən ediblər ki, tərkibində β-hidroksiyağ turşusu olan vasitələr hipertoniklərin təzyiqini normallaşdıra bilər. Bu, yağ turşularının metabolizmi zamanı qaraciyərdə əmələ gələn karbon hidroksi turşusudur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, orqanizmə külli miqdarda duzun daxil olması β-hidroksiyağ turşusunun səviyyəsini azaldır. Amma orqanizmə daxil olan kalorilər azalanda, fiziki fəallıq artanda onun sintezi güclənir. Nəticədə təzyiq normallaşır.