Daha bir xarici portalda Azərbaycan qutabından bəhs edilib


Digərləri 22 Okt 2018 22:41:00 242 0

Daha bir xarici portalda Azərbaycan qutabından bəhs edilib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baltik ölkələrinin xəbər portalı olan "Delfi" saytında "Azərbaycan qutabı" adlı yemək resepti qoyulub.

Reseptdə bildirilir ki, qədim Azərbaycan yeməyi olan qutab nazik yayılmış xəmir arasına qoyulmuş qoyun əti və ya göyərtilərlə hazırlanır. Bu yemək demək olar ki, bütün restoranlarda təqdim olunur, yerli əhali və turistlər tərəfindən çox sevilir.