15 illik təcrübənin nəticəsi Bu qidalar gözünüzü kor olmaqdan qoruyur


Digərləri 22 Okt 2018 22:35:00 271 0

15 illik təcrübənin nəticəsi  Bu qidalar gözünüzü kor olmaqdan qoruyur

Uestmid institutunun bir qrup alimi 15 il davam edən tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, gündəlik olaraq tərkibində nitrat olan tərəvəz qəbulu kor olma riskini aşağı salır.

15 il davam edən təcrübədə Avstraliyanın yaşı 49-dan çox olan 2 min sakini iştirak edib. Məlum olub ki, gündəlik tərkibində 100-142 milliqram nitrat olan tərəvəzləri qəbul edən insanlarda makulodistrofiya riski 35% azalıb. Bu sıraya çuğundur, ispanaq və yaşıl salat daxildir.