Nevada səhrasında müəmmalı ağ piramida Yadplanetlilərin sirli bazası FOTO


Digərləri 22 Okt 2018 22:23:00 288 0

Nevada səhrasında müəmmalı ağ piramida  Yadplanetlilərin sirli bazası  FOTO

"Google Earth" də "40°20'41"N 117°20'48"W" koordinatlarını daxil etsək, Nevada ştatındakı səhrada müəmmalı binanı göstərəcək.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu bina səhranın tam ortasında yerləşir. Əgər kameranı binadan bir az kənara fırlatsaq və uzaqlaşdırsaq, uzunluğu bir kilometrdən çox olan ağ üçbucaq görəcəyik. Bu struktur sünidir və onun sərhədləri dəqiq çəkilib. Bununla yanaşı, onun nəydən ibarət olduğu məlum deyil. Elə bil ki, yuxarıdan nəhəng nəsə buraxıblar və bu nəhəng aparat güclü isti ilə daş və qumu ağardıb.

Üçbucağın yanındakı tikililər nə fermaya, nə də heyvan axuruna bənzəyir. Sonuncu dəfə fotolar 2014-cü ilin may ayında lentə alınıb. Amma ağ üçbucaq bu ərazidə 1994-cü ildən mövcuddur. 1994-cü ildə isə ətrafda heç bir bina yoxdur!


Xəbərə aid fotolar