Məşhur futbolçumuzun dostunun həyat yoldaşı elə bilib ki...


Digərləri 22 Okt 2018 21:42:00 292 0

Məşhur futbolçumuzun dostunun həyat yoldaşı elə bilib ki...

Azərbaycan futbolunun əfsanələrindən olan veteran qapıçı Çingiz İsmayılov AzTV-nin "Görüş yeri" verilişində yumoristik əhvalat danışıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, keçmiş qolkiperin dostunun həyat yoldaşı onun peşəsini səhv bilirmiş:

"Futbolçu dostumun evinə getmişdim. Ordan-burdan danışdıq. Dostumun həyat yoldaşı ona dedi ki, məni də futbola apar. Dostum dedi ki, səni ora buraxmazlar. Qadın soruşdu ki, niyə? Dostum dedi ki, stadiona pulla buraxırlar. Qadın dedi ki, Çingiz qapıda durur da, bizi pulsuz içəri buraxar. Sən demə qadın məni stadionun qapıçısı bilirmiş".