Avropanın ən böyük gəmiqayırma zavodu kruiz şirkətinə 4 ekstralüks sərnişin gəmisi inşa edəcək
Digərləri 22 Okt 2018 21:30:00 424 0
İtaliyanın "Fincantieri" gəmiqayırma zavodu 45 ölkədə 16500 əməkdaşı olan və dünyanın ən böyük sərnişin daşıyan kruiz şirkətləri arasında dördüncü olan "MSC Crociere" ilə müqavilə imzalayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyəri 2 milyard avrodan çox olan sazişə əsasən gəmiqayırma zavodu daha 4 ekstralüks sərnişin gəmisi inşa edəcək.
Zavod yeni və qeyri-ənənəvi formaya məxsus olan gəmilərin təhvili prosesinə 2023-cü ilin yazında başlayacaq və bir il ərzində inşa etdiyi gəmiləri təhvil verəcək.
Mənbə: milli.az