Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı


Kriminal 22 Okt 2018 21:24:00 275 0

Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə D.Təhməzov ittihamları qəbul etmədiyini və aclıq aksiyasına başlayacağını bildirib.

Proses oktyabrın 29-da davam edəcək.