Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub


Digərləri 22 Okt 2018 21:12:00 242 0

Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub

Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 milyon manatlıq məhsul istehsal edilib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 27,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı 13,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.