Dünyanın ən böyük amfibiyatəyyarəsinin İLK UÇUŞU VİDEO


Digərləri 22 Okt 2018 21:15:00 254 0

Dünyanın ən böyük amfibiyatəyyarəsinin İLK UÇUŞU  VİDEO

Çin dünyanın ən böyük amfibiya-təyyarəsini istehsal edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, "Tszilun AG 600" təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib. Təyyarə suyun üzərindən havaya qalxıb və suya eniş edib.

Amfibiya-təyyarə 27 avqust tarixindən Xubey vilayətindəki "Çjanxe" hidro aerodromundadır. Burada bir sıra sınaqlar keçirilib. Mütəxəssislər iki ay təyyarənin bütün texniki bacarıqlarını yoxlayıblar.

Təyyarə yanğınları söndürmək üçün və suda xilasetmə işləri üçün nəzərdə tutulub. Bundan başqa "AG600" əlavə qurğularla təchiz edilə bilər və dəniz mühitinin monitorinqi, sərnişin və yük daşıma, faydalı qazıntıların kəşfiyyat işləri üçün də havaya qalxa bilər.