Restoranda qadına təcavüz edən ofisianta hökm oxundu


Kriminal 22 Okt 2018 21:18:00 279 0

Restoranda qadına təcavüz edən ofisianta hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.