"Bəyin oğurlanması" filminin Gülbadamı həmkarı ilə bağlı SİRRİ illər sonra açdı: "Bəli, Arifi sevmişəm, o da məni sevib" FOTO


Kriminal 22 Okt 2018 21:06:00 312 0

"Bəyin oğurlanması" filminin Gülbadamı həmkarı ilə bağlı SİRRİ illər sonra açdı: "Bəli, Arifi sevmişəm, o da məni sevib"  FOTO

Aktrisa Naibə Əlibəyovanın Son.az-a müsahibəsi.

- Naibə xanım, sonuncu dəfə sizinlə müsahibə edərkən əməliyyata gedəcəyinizi demişdiniz. Əməliyyat necə keçdi?

- 4 il əvvəl səhhətimdə böyük problemlər yaranmışdı. Beynimdə xərçəng aşkarlanmışdı. Türkiyəyə müalicəyə gedib-gəldim. Şükür Allaha indi yaxşıyam. Allah üzümə baxdı ki, beynimdəki xoşxassəli şiş idi.

- Bugünkü gündə sizə filmə dəvət gəlir?

- Əməliyyatdan sonra danışığımda qüsur yarandı. Həkimlər deyir ki, danışığın yavaş-yavaş özü düzələcək. Ona görə də cəhd edib heç dəvət olunan çəkilişlərə də getmirəm. Əslində filmdə təkcə danışıq yox, xarici görkəm də önəmlidir. Bizim elə filmlərimiz var ki, məşhur sənətkarlarımızı həmkarları səsləndirib. Sadəcə olaraq indiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər.

- Belə başa düşdüm ki, sənətlə məşğul olmursuz.

- Bəli, hal-hazırda ancaq canımı düşünürəm. İki nəvəm var, başım onlara qarışıb. Sənət dostlarımla, əzizlərimlə görüşüb ötən günləri yada salırıq. Bəzən kədərlənirik, bəzən də gülməkdən özümüzü saxlaya bilmirik.

- Hansı teatrda çalışmısınız?

- 5 ilə yaxın Musiqili Teatrda çalışmışam. Səhnədə bir çox rollar oynamışam. Görünür yadda qalmamışam. Həm də biz sırf sənətlə məşğul olurduq. Bu qədər efirlər, internet portalları yox idi ki, bizi çəkib tez-tez göstərsin. İndiki gənclərin bəxti gətirib. Amma buna baxmayaraq ortalıqda sənət yoxdur.


Xəbərə aid fotolar