Milyonlar qazanan məşhur müğənnidən etiraf: “Başımı soxmağa evim də yoxdur”


Digərləri 22 Okt 2018 20:06:00 286 0

Milyonlar qazanan məşhur müğənnidən etiraf: “Başımı soxmağa evim də yoxdur”

Türkiyənin məşhur müğənnisi İrəm Dərici zarafat kimi görünən açıqlamalar verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, İrəm Dərici qazandığı pulları kliplərinə xərclədiyini, başını soxmağa evinin olmadığını bildirib.

Jurnalistlərin suallarını cavablayan İrəm Dərici şəxsi həyatı barədə deyib:

"İşimə sərmayə qoya-qoya bu günə qalmışam. Gələcəkdə albomlardan qazanacağım pulla metal-konstruksiyadan hazırlanmış ev alacam. Ticarətdən başım çıxmır. Alver edə bilmirəm. Anam mənə çox əsəbləşir və deyir: "31 yaşa çatdın, bir evin də yoxdur. Pulları kliplərə xərcləyirsən" deyir. Sənin evində mənim bir otağım varmı? O zaman nə problem var? Dünyanın nə oyunları var imiş".