Bələdiyyə sədri güllələndi


Dünya 22 Okt 2018 19:33:00 288 0

Bələdiyyə sədri güllələndi

Konyada icra hakimiyyəti binası qarşısında Çumra şəhər bələdiyyə sədri, AKP-li Mehmet Oğuza silahlı hücum edilib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxslər Oğuza bir neçə dəfə atəş açıb. Bələdiyyə sədri ayaqlarından yaralanıb. Hadisə ilə bağlı bir nəfər polis tərəfindən saxlanılıb.

Silahlı hücumla əlaqədar istintaq başlanıb.