“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq


Digərləri 22 Okt 2018 19:24:00 284 0

“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq

Turnir robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edir.

Bakı. 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçiriləcək. Turnir çərçivəsində Heydər Əliyev Mərkəzində “Xbox” platformasında “FIFA 19” və “Mortal Kombat” oyun növləri üzrə yarışlarla yanaşı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robo Futbol” turniri də təşkil olunacaq. Nazirıikdən Trend-ə verilən məlumata görə, turnir robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edir. Turnirdə seçilmiş ümumtəhsil məktəblərin komandaları onlara məxsus robotlarla iştirak edəcək.