“Yeri qazıb basdırdım”


Kriminal 22 Okt 2018 19:20:00 283 0

“Yeri qazıb basdırdım”

Bakıda torpağa basdırılan narkotik aşkar olunub.  Belə ki, daxil olan məlumat əsasında Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları əməliyyat keçiriblər.  Son.az ARB TV-yə istinadən xəbər verir ki, Cəlilabad sakinin Fərid Mirzəyev və qohumu Qaradağ sakini, əvəllər məhkum olunan Müslüm Barıyev 1 kq 118 qram heroini satmaq istəyərkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq Barıyevin Qızıldaş qəsəbəsində yerləşən yaşadığı evin həyətinə də baxış keçirilib. Torpağa basdırılan 2 kiloqram 76 qram tiryək aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr Fərid Mirzəyev tərəfindən qanunsuz yolla İrandan gətirilib. Bundan başqa o, Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıb. Müslüm Barıyev - Saxlanılan şəxs: "Gətirdim, Lökbatanda təhvil verməli idim. Mənə də 2000 verməli idilər. Gətirəndən sonra dedim gəl götür, dedi ki, qoy qalsın səndə, götürərik. Sonra da dedilər ki, "qaz, onu basdır". Mən də qazdım, basdırdım". Faktla bağlı araıdırmalar davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar