Bakıda piyada səkilərini zəbt edən avtomobillərlə bağlı ölçü götürüləcək


Digərləri 22 Okt 2018 18:44:00 213 0

Bakıda piyada səkilərini zəbt edən avtomobillərlə bağlı ölçü götürüləcək

Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi adi hala çevrilib.

Son.az xəbər verir ki, report-un əməkdaşının paytaxtın müxtəlif yerlərində apardığı müşahidələr bu problemin hələ də həll olunmadığını göstərir. 

Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı "Report"a açıqlama verərək bildirib ki, BNA sərkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatını aparır.

Onun sözlərinə görə, son 3 ildə şəhər yollarında hərəkətə maneə yaradan hallarla bağlı aparılan kompleks təhlilər də onu göstərir ki, Bakı şəhərində tıxaca səbəb olan başlıca amil bəzi sürücülərin dayanma və durma qaydalarına əməl etməməsidir: "Bir çox hallarda nəqliyyat vasitələrinin səkillərin üzərində park edilməsinin də şahidi oluruq və bu da piyadaların təhlükəsiz hərəkətinin təşkili baxımından cidid problemlər yaradır. Bakı Nəqliyyat Agentliyi mövcud vəziyyət və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Lakin bu cür qayda pozan sürücülərə daha təsirli tədbirlərin görülməsi, onlar barəsində inzibati tənbeh tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid məsələ deyildi".