Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış avtomobil tapıldı


Dünya 22 Okt 2018 17:56:00 205 0

Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış avtomobil tapıldı

Jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış "Mercedes" markalı avtomobil tapılıb.

Son.az report-a istinadən xəbər verir ki, avtomobilin sürücüsü Baş Konsulluqda vəzifə daşıyan Türkiyə vətəndaşıdır. 

Maşın C.Qaşıqçının itkin düşmüş sayıldığı günlərdə İstanbulun Sultanqazi rayonundakı avtomobil dayanacağında tapılıb.

Konsulluğa məxsus avtomobil olduğundan axtarış aparılmayıb.